“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.
Eləcə də bax: Fitch Ratings Azərbaycanda devalvasiya riski ilə bağlı - PROQNOZUNU AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.
“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.