2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan $1 milyard 277,9 milyon məbləğində kapital çıxarılıb.
Eləcə də bax: Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 539 milyon dollara yaxın - Artırıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2020-ci ilin I rübündə Azərbaycandan $990 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, cari ilin I rübündə Azərbaycandan kapitalın çıxarılma həcmi 29,1% artıb.
AMB qeyd edir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın rezidentləri qiymətli kağızlar üzrə $173,8 milyon (2020-ci ilin I rübündə 169,5 milyon), xarici kreditlər üzrə $52,8 milyon məbləğində (2020-ci ilin I rübündə $88,7 milyon) faiz ödənişi həyata keçiriblər.
2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% - $4 milyard 472,2 milyona qədər artıb. (İnterfaks)