2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) tikili və avadanlıqların təmir və saxlanması üçün 3milyon 839 min manat xərcləyib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 2 milyon 551 min manat və ya 3 dəfə çoxdur.
2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) tikili və avadanlıqların təmir və saxlanmasına 1 milyon 288 min manat xərcləmişdi.