Ötən ilin sonuna rezident bankların Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirdiyi depozitləri (hesablanmış faiz daxil olmaqla) 1 milyard 268 milyon manat təşkil edib.
FED.az bu barədə qurumun illik nhesabatına istinadən xəbər verir.
Bu göstərici əvvəlki illə müqayisədə 1 milyon 414 min manata və ya 52,7% azdır.
Belə ki, əvvəlki ildə rezident bankların AMB-də yerləşdirdiyi depozitlərin həcmi 2 milyard 682 milyon manat idi.