Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarların maliyyə resurslarına çıxış potensialının artırılması müzakirə olunub.
“Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır”
FED.az AMB-yə istinadən xəbər verir ki, müzakirələr qurumun İdarə Heyətn yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclasında baş tutub.
Görüşdə sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər nəzərdən keçirilib.