Azərbaycan Mərkəzi Bankı (AMB) zərərliliyin (ödəniş-yığım nisbətinin) aşağı olduğu daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparır.
Mənzillərin istismarı ilə bağlı məsuliyyətin icbari sığortası üzrə ödənişlər - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nın təqdimatında bildirib.
"Burada da zərərliliyin artacağını proqnozlaşdıra bilərik. Hazırda sığorta sektorunda ən yüksək zərərlilik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındadır. Bu ilin sonuna qədər bu sığorta üzrə zərərlilik 80 % çivarında olacaq. Bu da qlobal göstəricilərlə müqayisədə adekvat nisbətdir", - deyə o qeyd edib.