2021-ci ilin altı ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2% azalaraq 12,2 mlrd. ABŞ dolları ekvivalentində olub.
Eləcə də bax: AMB: Pərakəndə ticarət sektorunda inam - Kəskin Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatəna görə, nağdsız valyuta əməliyyatlarının 85,3%-i ABŞ dollarında, 14,7%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3%-i banklararası valyuta bazarında (BVB), 70,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Qeyd edək ki, dövr ərzində BVB-də əməliyyatların 99,2%-i ABŞ dollarında, 0,8%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 mlrd. dollar ekvivalentində olub ki, bunun da 79,6%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42% azalaraq 1,9 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 84,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib. (Apa)