2021-ci ilin iyul ayında Azərbaycanın pərakəndə ticarət sektorunda Biznes İnam İndeksi (Bİİ) kəskin azalaraq iyundakı 30,1 bənddən 9,9 bəndə enib.
Eləcə də bax: Naxçıvanda orta aylıq əmək haqqı 540,8 manata çatıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, azalmanın əsas drayveri sektorda növbəti üç ay üçün satışlar üzrə gözləntilərin kəskin enməsi olub. Növbəti üç ay üçün qiymət gözləntiləri də əhəmiyyətli dərəcədə enib.
Qeyd edək ki, pərakəndə ticarət sektorunun Bİİ-nə birbaşa təsir edən son üç ayın faktiki satışları da kəskin azalıb. (Apa)