Azərbaycan banklarının hüquq departamentinin əməkdaşları müqavilələri o qədər peşəkarcasına tərtib edirlər ki, öhdəliklərin böyük əksəriyyəti məhz istifadəçinin uzərinə düşür.
"Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdan qorumaq üçün işlər görür"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) böyük mütəxəssisi Xəyalə Məmmədova Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, buna səbəb bankların üzləşə biləcəyi itkiləri minimallaşdımaqdır: “Əgər bir vətəndaşın yüksək səviyyədə kiber biliyi varsa, o bankın mövcud boşluqlarından istifadə edib ziyan verə bilər. Bunun qarşını almaq bank üçün çətin olar. Real fırıldaqçıqla simulyativ fırıldaqçılığı ayırd etmək qəliz olar”.
X. Məmmədova qeyd edib ki, subyektiv amilləri minimallışdırmaq uçun bütün banklar xidmət göstərdiyi vətəndaşlarla kart və cari hesab müqavilələri bağlayır. (Report)