2024-cü ilin ilk rübündə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 116 milyon dollar təşkil edib.
Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı 87,6%-ə çatıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 dəfə azdır.
Rüblük profisit ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 729,8 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 48,8% az), kapital hesabındakı 0,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), maliyyə hesabındakı 1 milyard 594,5 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 18.6 milyon dollarlıq kəsir (66 dəfə az) hesabına formalaşıb.
2024-cü ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1,7 milyard dollar və ya ÜDM-in 10,1%-ni təşkil etmişdir (2023-cü ilin I rübü üzrə 3,4 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 28,2% azalaraq 3,6 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 12,8% artaraq 1,9 milyard dollar məbləğində olmuşdur.
Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 milyard 729,8 milyon dollar profisit yaranıb.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,8 % azdır.
Rüblük profisit xarici ticarət balansındakı 2 milyard 669,4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 43,45 % az), xidmətlər balansındakı 552,1 milyon dollarlıq kəsir (19,6 % az), ilkin gəlirlər balansındakı 566,4 milyon dollarlıq kəsir (40,75 % az) və təkrar gəlirlər balansındakı 178.9 milyon dollarlıq profisit (40% az) hesabına formalaşıb.
Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 28,2 % azalaraq 3,6 milyard dollara düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 12,8% artaraq 1,9 milyard dollara çatıb.