Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib ki, hökumətin tədbirləri inflyasiya templərini saxlamağa imkan verəcək, hansım ki, 2022-ci ilin birinci rübünün yekunları üzrə 12%-i ötüb.
Eləcə də bax: İnflyasiyanın aşağı salınması üçün dövriyyədə olan nağd pul - AZALDILACAQ
FED.az xəbər verir ki, “Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır”, - Kazımov cümə günü uçot dərcəsinə həsr olunan mətbuat konfransında bildirib.
Həmçinin, o qeyd edib ki, son iclasdan etibarən əhalinin inflyasiya gözləntilərinin azalması müşahidə olunur. “İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin I rübündə 24.5% təşkil edib, bu da bundan əvvəlki rübdəki 28.6%-dən azdır”, - sədr vurğulayıb.
Bundan başqa, AMB-nin sədri bildirib ki, geosiyasi və geoiqtisadi gərginliyin daha uzunmüddətli xarakter alması başlıca risk olaraq qalır.Bu, dünyada inflyasiya təzyiqlərinin yüksək olaraq qalmasına səbəb ola bilər.
Eyni zamanda, Kazımov hesab edir ki, tərəfdaş ölkələrdə yüksək qiymət artımları və təchizat zəncirindəki problemlər idxal üzərindən Azərbaycana təsir edə bilər. Lakin monetar şərait, o cümlədən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amildir.
“Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması ehtimalı yüksəlib”, - Kazımov vurğulayıb.
O qeyd edib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.
AMB-nin məlumatına görə, uçot dərəcəsi üzrə növbəti iclasın 2022-ci il iyunun 17-də keçirilməsi planlaşdırılır. (İnterfaks- Azərbaycan)