Əhalinin borclanmasına qarşı deyilik, əsas məsələ sağlam borclanmadır.
AMB investisiya şirkətlərinin mənfəətliliyinin azalmasına münasibət bildirib
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı səsləndirib.
Onun sözlərinə görə AMB əhalinin borclanmasına qarşı deyil: “Əhalinin borclanmasın kimi bir niyyətimiz yoxdur. Aydındır ki, borclanma olmalıdır, çünki bu, iqtisadi artımı tətikləyən faktorlardan biridir. Sadəcə borclanma sağlam formada həyata keçirilməlidir. Məsələn, 5 manat gəliri olan şəxsə 6 manat borc verilməməlidir.”
Şahin Mahmudzadə bildirib ki, məqsəd borclanmanın qarşısını almaq deyil, izafi borclanmanın qarşısını almaqdır: “Gördüyümüz tədbirlər borclanmanı məhdudlaşdırmaq üçün deyil, onun izafiliyini azaltmaq üçündür. Maliyyə sabitliyinin strateji çərçivəsinə baxsaq, orada 5 əsas istiqamət müəyyən edilib və onlardan biri məhz izafi borclanmanın qarşısının alınmasıdır.”
AMB rəsmisi əlavə edib ki, əhalinin gəlirləri artdığı kimi, borclanma da müəyyən qədər yüksəlib: “Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da müəyyən qədər artıb. Hazırda borclanmadakı artım təxminən 19,2% təşkil edir. Lakin region ölkələri ilə müqayisədə bu göstərici hələ də aşağı səviyyədədir.”