2022-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.
Ötən il manat hansı valyutalar qarşısında - UCUZLAŞIB VƏ YA BAHALAŞIB?
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin Yanvar – Dekabr ayları üzrə Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin dekabr ayının 31-nə ölkənin strateji valyuta ehtiyatları 35 aylıq mal və xidmət idxalına kifayət edib (2022-ci ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə).
Strateji ehtiyatlar ÜDM-in 74%-nə bərabər olmaqla manatla pul kütləsini (M2) 3.4 dəfə üstələyib (01.01.2023 tarixinə olan M2 pul aqreqatı götürülməklə). (Marja)