Son bir il ərzində Azərbaycanda fiziki şəxslərin nağdsız ödənişlərinin göstəricilərində yüksək artım dimanikası müşahidə olunur.
Eləcə də bax: Nağdsız ödənişlərin həcmi 10 milyard manata yaxınlaşıb - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bəyan edib.
“Son bir il ərzində Azərbaycanda nağdsız ödənişlərin göstəricilərinin yüksək artım dimanikası müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin birinci yarısı ərzində ölkədə ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 9,9 milyard manata çatıb”, - Qasımov AMB-nin mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ödəniş kartları vasitəsilə həyata keçirilən daxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 12.2 f.b artaraq 40,4% təşkil edib.
“Bundan əlavə, daxili elektron ticarətin həcmi 2,8 dəfə - 7,4 milyard manatadək, POS-terminallar vasitəsilə nağdsız ödənilərin həcmi isə 41% - 2,5 milyard manatadək artıb”, - Qasımov deyib.
O, həmçinin vurğulayıb ki, kontaktsız ödənişlərin həcmi və sayı 2021-ci ilin analoji dövrünün göstəricilərini müvafiq olaraq 2,1 dəfə və 2,8 dəfə ötüb. (İnterfaks-Azərbaycan)