Avropa Parlamenti Avropa İttifaqının (Aİ) Türkiyəyə zəlzələ ilə əlaqədar olaraq 400 milyon avro yardım göndərəcəyini təsdiqləyib.
Türkiyədə zəlzələ bölgəsində salınacaq Azərbaycan məhəlləsi üçün 28 ha-dan çox - SAHƏ AYRILIB
FED.az xəbər verir ki, parlamentarilərin 593-ü təklifin lehinə, 11 nəfər isə əleyhinə səs verib. 22 parlamentari isə səs verməyib.
Qeyd edək ki, Avropa Parlamentinin müvafiq komitəsi layihəni sentyabrın 20-də təsdiqləyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər həlak olub. (Trend)