Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 115 151 kredit olub.
Eləcə də bax: ADIF Xaçmazdakı əmlakını - HƏRRACA ÇIXARACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.
Məlumata görə, bunlardan 45 770-i məhkəməyəqədərki, 9 127-si məhkəmə, 60 254-ü isə icra statusundadır.
Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar "AG Bank", "Amrah Bank", “Atabank”, "Atra Bank","Bank of Azerbaijan", "Borçalı Bank”, "Evro Bank", "Kredo Bank", "Royal Bank", "Texnika Bank", "Yunayted Kredit Bank", "Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank" və "Qafqaz İnkişaf Bankı" ASC-lər, "Bank Standard" QSC-dir.