Fevralın 2-də, saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə (Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 2C, məhəllə 593, 3-cü mərtəbə) Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Fond məlumat verir.
Məlumatda deyilir ki, əmlak Xaçmaz rayonunun Dalğalı qəsəbəsində yerləşən 0,1 hektar torpaq sahəsidir. Onun ilkin satış qiyməti 45 min manatdır. Hərrac iştirakçıları bu məbləğin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67.