Asiya İnkişaf Bankı (ADB) “Gürcüstan dəmir yolları” SC-nin "Yaşıl istiqraz"larına 20 milyon ABŞ dolları investisiya qoyub.
Eləcə də bax: ADB Azərbaycanda kapital bazarının inkişafına dair yol xəritəsi - Hazırlayacaq
FED.az xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumata görə, həmin vəsait dəmir yolu xətlərinin yaxşılaşdırılması məqsədilə buraxılmış avrobondların təkrar maliyyələşdirilməsi üçün istifadə olunacaq.
ADB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakraborti bildirib ki, Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşir, vacib ticarət və nəqliyyat dəhlizi rolunu oynayır: "Yaşıl istiqraz"ların buraxılması ölkənin dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə imkan verəcək. Şəbəkə ölkə iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. Yolların müasirləşdirilməsi daşınmaları daha sürətli və təhlükəsiz edəcək”. (Report)