Asiya İnkişaf Bankı (ADB) “Asiyanın inkişaf edən ölkələrində kapital bazarının inkişafı və islahatına dəstək” layihəsinin icrasına başlayıb.
Eləcə də bax: ADB Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı - Layihə İcra Edəcək
FED.az təşkilata istinadən xəbər verir ki, ilkin mərhələdə Azərbaycan, Monqolustan, Özbəkistanaq şamil olunacaq layihənin həyata keçirilməsi üçün Koreya Respublikasının ADB tərəfindən idarə olunan e-Asiya və Bilik Tərəfdaşlığı Fondundan 750 min ABŞ dolları məbləğində texniki yardım ayrılıb.
Texniki dəstək çərçivəsində hər üç ölkənin kapital bazarı təhlil edilməklə inkişaf səviyyəsi müəyyənləşdiriləcək, aidiyyəti dövlət və özəl qurumları ilə məşvərətlərdən sonra adıçəkilən ölkələr üçün yol xəritələri hazırlanaraq təsdiq olunacaq.
“Aşkarlanan nöqsanları ortadan qaldırmaq üçün bazarın strateji inkişafına dair planlar hazırlanacaq, kapital bazarının potensialını artırmaq, normativ hüquqi sənədlərin dəyişdirilməsi, səmərəli bazar infrastrukturunun, tələbat və təklifin bazar mexanizmlərini yaratmaq üçün müvafiq siyasi tövsiyələr veriləcək... Beynəlxalq Kapital Bazarları Assosiasiyası (ICMA) və s. beynəlxalq təsisatlarla birgə olaraq istiqrazlar bazarının inkişafı sahəsində onların təcrübəsindən bəhrələniləcək. Layihə yerli dövlət və təşkilat istiqrazları bazarının inkişafına xüsusi diqqət yetirmək şərtilə regionun dəyişkən təcrübəsini nəzərə alacaq”, – ADB-nin açıqlamasında qeyd olunur.
Layihə çərçivəsində “Strategiya 2030”-un başlıca istiqamətlərini dəstəkləmək üçün müvafiq tövsiyələr də veriləcək. Layihənin icra müddəti 2023-cü ilin dekabr ayında başa çatır. (Report)