Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması inflyasiyanın daha sürətlə artmasının qarşısını alıb.
Eləcə də bax: Azərbaycanda 2023-2026-cı illərdə ABŞ dollarının - GÖZLƏNİLƏN MƏZƏNNƏSİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilib.
Bank bildirib ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda inflyasiya 2021-ci ilin eyni dövründəki 4,3%-dən illik 12,9%-ə yüksəlib. Qlobal ərzaq qiymətlərinin yüksək inflyasiyası da ərzaq qiymətlərini artırıb. 2021-ci ildə yanacaq və digər kommunal xidmətlər üçün tariflərin artırılması xidmət sektorunda da inflyasiyanı artırıb. Sabit məzənnə isə inflyasiyanın daha da sürətlə artmasının qarşısını alıb: "Azərbaycan Mərkəzi Bankı mart ayında faiz uçot dərəcəsini iki addımda 50 baza bəndi artıraraq 7,75%-ə yüksəldib və inflyasiya təzyiqinin azaldılması ilə bu göstəricini iyul ayına qədər saxlayıb".
Sənəddə bildirilib ki, ilin birinci yarısında inflyasiyanın artmasını nəzərə alaraq Bank 2022-ci il üçün inflyasiya ilə bağlı proqnozunu artırıb. İdarə olunan kommunal qiymətlərin dəyişməz qalacağı gözlənildiyi üçün 2023-cü il üçün inflyasiya proqnozunu isə dəyişməz saxlayıb. (Apa)