Asiya İnkişaf Bankı (ADB) Gürcüstan hökumətinə 15 milyon ABŞ dolları məbləğində kreditin verilməsini təsdiqləyib.
Eləcə də bax: ADB Azərbaycana ilk özəl sektor üçün - Aqrobiznes Krediti Ayırıb
FED.az xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilib.
Vəsait Gürcüstanda COVID-19 infeksiyası əleyhinə peyvəndlərin alınmasına və ölkədə vaksinasiya proqramının imkanlarının gücləndirilməsinə yönəldiləcək.
ADB-nin dəstəyi Gürcüstan əhalisinin 8 %-i və yaxud 300 mindən çox vətəndaşın peyvəndlənməsinə imkan verəcək.(Report)