Asiya İnkişaf Bankı (ADB) və “Avrora” MMC koronavirus (COVID-19) pandemiyası zamanı işçilərin, fermerlərin və pərakəndə satıcıların fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirini təşviq etmək üçün 5,9 milyon ABŞ dollarlıq kredit sazişi imzalayıb.
Eləcə də bax: «SOCAR Türkiyə» dünyanın nəhəng banklarından 1,3 milyard dollar - Sərfəli Kredit Aldı
FED.az bu barədə ADB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ADB-nin Azərbaycanda ilk özəl sektorda fəaliyyət göstərən aqrobiznesa yardımı olan kredit, şirkətin fəaliyyətini davam etdirməklə yanaşı, həmçinin 3 minə yaxın işçiyə, 1,5 minə yaxın fermer və ferma işçisinə, o cümlədən 12 min ailəyə məxsus kənd mağazasına fayda verəcək. Bundan başqa, maliyyələşmə “Avrora”nın əsas buğda və süd məhsullarının istehsalına və 2 milyondan çox insana paylanmasına kömək edəcək.
ADB-nin Özəl Sektor Əməliyyatı üzrə Baş direktoru Suzanna Gabouri: “COVID-19, qida tədarük zəncirini ciddi şəkildə pozub, pərakəndə satıcıların və fermerlərin gəlirlərini azaldıb, qida istehsalını və paylanmasını riskə atıb”.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaranıb. Onun 49-u regiondan olmaqla 68 üzvü var. (Report)