Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,2 % çox olacağını proqnozlaşdırır.
"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 1,3 faiz bəndi azdır.
Bank gələn il isə Azərbaycanda 2,6 % iqtisadi artım gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 1,2 faiz bəndi azdır.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,6 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,7 % (0,1 faiz bəndi çox) böyüyəcəyini proqnozlaşdırır. (Report)