ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonun qərarı ilə avqustun 8-dək zəlzələ ilə bağlı yardım əməliyyatlarına şamil olunmayacaq.
“Fitch”: "Türkiyə və Suriyadakı zəlzələnin vurduğu zərər $4 milyardı keçə bilər"
FED.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, Suriyadakı zəlzələ ilə əlaqədar yardımın göstərilməsi əməliyyatlarına 2023-cü il avqustun 8-i saat 12-dək icazə verilir. Burada söhbət, əsasən Suriyaya humanitar məqsədlərlə vəsait köçürülməsindən gedir. (Azərtac)