İranın İraq banklarındakı hesablarının bir hissəsinə tətbiq edilin sanksiyanın aradan qaldırılması xəbər doğru olsa da, ABŞ-la Tehran arasında müvəqqəti razılaşma barədə yayılan xəbər tamamilə yalandır.
ABŞ Ermənistan şirkətinə sanksiya - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.
O, İranın İraq banklarındakı hesablarının bir hissəsinə qoyulan sanksiyaların aradan qaldırıldığını təsdiqləyərək, nüvə proqramına görə Tehranla müvəqqəti razılığın əldə edilməsinə dair yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, İran yalnız humanitar və sanksiyasız başqa əməliyyatlar üçün İraqda hesablarında saxlanılan vəsaitlərə daxil ola bilər.
Qeyd edək ki, İranın İraqdakı banklardakı hesabında olan 2 760 000 000 dollar məbləğinə tətbiq edilən sanksiya aradan qaldırıldığı bildirilirdi.
Xatırladaq ki, İranın Cənubi Koreya, İraq və Beynəlxalq Valyuta Fondundakı 24 000 000 000 maliyyə vəsaitinə qoyulan qadağa götürülüb. (Report)