ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu gün Rusiyaya dəstək verdiyi üçün 71 şirkətin adını sanksiyalar siyahısına əlavə edib.
ABŞ Ermənistan şirkətlərinə sanksiya - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilib.
Bildirilib ki, siyahıda 69 Rusiya, 1 Ermənistan və 1 Qırğızıstan şirkəti yer alır.
Sanksiyalar siyahısına əlavə edilən Ermənistanın “Medisar” şirkəti sənaye və laboratoriya kimyəvi məhsullarının idxalı ilə məşğuldur. (Apa)