2025-ci ilin ilk rübündə Azərbaycana Amerika Birləşmiş Ştatlarından fiziki şəxslərin pul köçürmələrinin həcmi 23 milyon 268 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 853 min ABŞ dolları və ya 61,4% artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana ABŞ-dan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 14 milyon 415 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində ABŞ-ın payı 10,1% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 4,9% idi.