2025-ci ilin ilk rübündə Azərbaycana Türkiyədən fiziki şəxslərin pul köçürmələrinin həcmi 39 milyon 584 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 336 min ABŞ dolları və ya 0,8% azalıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Türkiyədən köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 39 milyon 920 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 17,2% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 13,6% idi.