ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarı ilə uçot dərəcəsinin 0,75% artırılması özünü təkcə ABŞ-da deyil, bütün dünyanın maliyyə bazarlarında göstərəcək.
Eləcə də bax: FED faiz dərəcəsini kəskin artırdı – BAZARLARA CİDDİ TƏSİR BAŞLAYIB
FED.az xəbər verir ki, ekspertlər bu qərarın ilk növbədə avroya mənfi təsir edəcəyini və onun dollar qarşısında ucuzlaşacağını gözləyirlər. Yeni qərar onsuz da son günlər qeyri-sabit olan türk lirəsinə də təsir edəcək. Eləcə də bu qərarın Azərbaycandakı fvizlərə də təsiri olacaq. Bu barədə «Unicapital» investisiya şirkətinin nümaynədəsi Tələt Kalayev bildirib. Mütəxəssis yazır:
«Beləliklə, (FED-ın qərarından sonra) dollar indeksi artmaqda dacam edəcək və dollar dünyanın aparacı valyutalarına nisbətən bahalaşacaq. Eur/usd 1.0423 ilə ticarət olunur, yaxın günlərdə 1.02 səviyyəsini müşahidə edə biləcəyik.
Bir ay əvvəl 2.75% səviyyələrində ticarət olunan 2 illik ABŞ xəzinə istiqrazları artıq 3.28% ticarət olunur. İstiqrazların faiz artımı tədricən davam edəcək, payız aylarında 4.00% və üzəri səviyyələrdə ticarət olunacaq. Səhm bazarı və kripto bazarlar cüzi korreksiya göstərdikdən sonra enməkdə dacam edəcək.
Türkiyə Mərkəzi Bankının faiz artımı qərarı verməyənədək, türk lirəsi ucuzlacaq və tədricən dollar 18, ilin sonundək isə hətta 20 lirə ilə ticarət oluna bilər. İlin sonunadək ölkədə inflyasiya 100% üzərində ola bilər. Faiz artımı qərarı qaçılmazdır.
Azərbaycan dövlət istiqrazlarının faizi artacaq və ilin sonudək bu tendensiya davam edəcək. Bank depozitlərinin faizləri artacaq. Ən asası, Azərbaycanda manat stabil olaraq qalacaq».