ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 0,75-1,0 faizdən 1,50-1,75 faizə aralığına çatdırıb.
FED.az xəbər verir ki, bu 1994-cü ildən bəri ən yüksək artımdır. 28 ildən bəri ən yüksək artım olsa da, analitiklər bu addımı gözləyirdilər
Qeyd edək ki, FED-in qərarına təsir edən əsas səbəblərdən biri ölkədə sürətlə artan inflyasiya olub.Mayın nəticələrnə görə, ölkədə qiymət artımı 8,3% proqnoza qarşı 8,6%-ə yüksəlib. Bu – uzaq 1981-ci ildən bəri ən yüksək inflyasiyadır.
Eləcə də bax: Dövlət Neft Fondu defisitdən profisitə - KEÇİB
FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnfilyasiyasnı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
İyunun 1-dən Federal Ehtiyatlar Sistemi 30 milyard dollarlıq xəzinə və 17,5 milyard dollarlıq ipoteka istiqrazları satır. Sentyabrda bu məbləğlər müvafiq olaraq 60 milyard dollar və 35 milyard dollara qaldırılacaq.
Amerikanın fond bazarları və birja indeksləri FED-in bu qərarına ümumilikdə müsbət reaksiya verib. Belə ki, qərarına qəbulundan sonra:
«Dow Jones» indeksi 0,5% artaraq 30518,05-ə yüksəlib,
«S&P 500» indeksi 0,85% artaraq 3767,23-ə yüksəlib,
«NASDAQ Composite» indeksi isə 0,49% artaraq 10990,14 pilləyə yüksəlib.