ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
Eləcə də bax: Azərbaycan yanvarda ABŞ-a ixracı - 13% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.
Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.
2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.
Sənəddə o da qeyd olunub ki, 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionuna ümumilikdə 984,4 milyon dollar ayrılması planlaşdırılır. (Apa)