Bu ilin yanvar ayında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin həcmi 32,753 mln. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 32,4% azdır.
Eləcə də bax: Yanvarda Azərbaycanın ixracı - 90% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvarda ölkənin ABŞ-a ixracı 12,7% artaraq 4,039 mln. dollar, idxalı isə 36% azalaraq 28,714 mln. dollar təşkil edib.
Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın ABŞ ilə ticarətində 24,676 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 40,3% azdır.