Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən edilməsi təklif olunur.
Mərkəzi Bankın - İqtisadi Müstəqilliyi Artırılır
FED.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.