2023-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 345.1 mln.$ azalıb.
FED.az xəbər verir ki, bu, 2023-cü ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında deyilir.
Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 754.8 mln.$), portfel investisiyaları (75.4 mln.$) və digər investisiyalar (-2 175.3 mln.$) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 53.6 mln.$ artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-738.5 mln.$), neft bonusu (471.0 mln.$), portfel investisiyaları (-692.3 mln.$) və digər investisiyalar (1 013.4 mln.$) hesabına formalaşıb.