2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 11,4% - 22 milyard 484,1 milyon manata qədər artıb.
Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustda bankların və BOKT-ların kredit portfeli 2% və ya 442,2 milyon manat (iyulda: +75,7 milyon manat) artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin həcmi 534,25 milyon manat (hesabat dövründə azalma 10% - İF) və ya bütün kreditlərin 2,4%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il avqustun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 753,9 milyon manat (artım 23,4%) və ya bütün kreditlərin 21,1%-i, özəl banklar tərəfindən 17 milyard 60,26 milyon manat (artım 8,4%) və ya bütün kreditlərin 75,9%-i həcmində kredit verilib. Qalan 669,9 milyon manat (artım 13,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Avqustun sonuna verilmiş kreditlərin ümumi həcmindən 18 milyard 275,48 milyon manat (artım 12,9%) milli valyuta, 4 milyard 208,6 milyon manat (artım 5,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,7% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 453,56 milyon manat (bütün kreditlərin 15,4%-i) ticarət və xidmət sahələrinin, 702,39 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 540,77 milyon manat (2,4%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 98,75 milyon manat (4,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 102 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 103,79 milyon manat (4,9%) nəqliyyat və rabitə sahələrinin, 13 milyard 63,9 milyon manat (58,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-avqust aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 15,9% artıb (2022-ci ildə artım 31% təşkil edib). (İnterfaks-Azərbaycan)