“Bakelektro” xalis mənfəəti azalıb. FED.az şirkətin ötən ilin yekununa dair maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin 2017-ci illə müqayisədə 2018-ci il mənfəəti 17.57% daha az olub.
Eləcə də bax: Vergilərin 92%-ni könüllü ödəyirlər – MİKAYIL CABBAROVDAN AÇIQLAMA
Belə ki, şirkətin hesabatına görə 2018-ci ilin sonuna “Bakelektro” xalis mənfəəti 5 milyon 948 min manat olub.
2017-ci illə müqayisədə ötən il “Bakelektro” aktivləri 186 min va ya 0.73% azalaraq 25 milyon 107 min manat təşkil edib.
Ötən ilin hesabatına əsasən “Bakelektro” aktivlərinin 84%-dən çoxu qısamüddətli aktivlərin 16% isə uzunmüddətli aktivlərin payına düşüb.Belə ki, şirkətin 25 milyonluq aktivindən 21 milyon manatdan çoxu qısamüddətli aktivləri , 3 milyon 362 min manatını isə uzunmüddətli aktivlər təşkil edib.
“Bakelektro” nun əməliyyat gəlirlərinə gəlincə isə 2017-ci illə müqayisədə 2018-ci ildə bu göstərici 24% azalaraq 40 milyon 469 min manata düşüb
“Bakelektro” Açıq Səhmdar Cəmiyyəti 1998-ci il 4 mart tarixində 70 ildən artıq fəaliyyət göstərən “Azərsənayəelektrikquraşdırma” trestinin bazasında yaradılaraq fəaliyyətə başlayıb.
Şirkətin iri və kiçik həcmli zavod və fabriklər, sənaye və iaşə obyektləri, metro stansiyaları, hava limanları, mehmanxana və çoxmərtəbəli iş mərkəzləri və s obyektlərin daxili və xarici elektrik təchizatı üzrə quraşdırılması, sınaqdan keçirilməsi və servis işləri üzrə 20 ildən artıqdır ki, təcrübəsi var.
6 milyona yaxın mənfəəti var – ŞİRKƏT HESABATI
14:33
15 İyun 2019