Azərbaycanda vergi daxilolmalarının 92 faizi könüllü vergı ödəmələrin payına düşür. FED.az xəbər verir ki, bunu Vergilər Naziri Mikayıl Cabbarov bu gün kecirilən V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda bildirib.
ELƏCƏ DƏ BAX: QHT əməkdaşlarına hansı hallarda - VERGİ GÜZƏŞTİ EDİLMİR?
Onun sözlərinə görə, hazırda əsas problemlər kölgə iqtisadiyyatı, haqsız rəqabət və qeyri-qanuni biznesdir.
Nazir həmçinin qeyd edib ki, 2020-ci ildə böyük dəyişikliklər olmasa da, amma müəyyən mövzularda vergi qanunvericiliyinə dəyiikliklər olacaq. Həmcinin Mikayıl Cabbarov çıxışı zamanı qeyd edib ki, iyunun 1-nə olan məlumata görə, özəl qeyri-neft sektorunda 66 min yeni əmək müqaviləsi qeydə alınıb.
Vergilərin 92%-ni könüllü ödəyirlər – MİKAYIL CABBAROVDAN AÇIQLAMA
11:54
13 İyun 2019