Artıq 52 xarici təşkilat SWIFT-in analoqu olan Rusiya Maliyyə Mesajlaşma Sisteminə qoşulub.
Eləcə də bax: Rusiyada banklar borcları kollektorlara - İkiqat Ucuz Satırlar
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan Avropa İttifaqı Rusiyanın yeddi böyük bankını SWIFT sistemindən ayırıb: VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF.