Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qlobal iqlim həllərinin həyata keçirilməsinə həsr olunacaq 30 milyard dollarlıq yeni fondun yaradıldığını açıqlayıb.
Azərbaycan su ehtiyatlarından ən çox əziyyət çəkən 20 ölkə arasındadır - BMT rəsmisi
FED.az xəbər verir ki, O, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin Dubayda baş tutan iclasında bəyan edib.
“Mən qlobal iqlim həlləri üçün 30 milyard dollarlıq fondun yaradılmasını elan etməkdən məmnunam”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, yeni fondun yaradılması iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsində boşluğu aradan qaldırmaq zərurəti ilə bağlıdır.
Bundan əlavə, prezident qeyd edib ki, təşəbbüs 2030-cu ilə qədər 250 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır. (Oxu.az)