Dünyada su hövzələrinin 3-4 faizi içməli su kimi istifadə edilə bilər.
Saniyədə 70 kubmert su təmin edir - Suqovuşan su anbarı işə düşdü - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Muhammad Nasar Hayat ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan su ehtiyatlarından ən çox əziyyət çəkən 20 ölkə arasındadır.
“Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu kənd təsərrüfatı üçün istifadə olunur. Ümidvaram ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirilir. (Trend)