Azərbaycan hökuməti 2023-cü ildə vergi və gömrük ödənişləri üzrə büdcə güzəştlərini 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırır.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 29% artırılır
FED.az xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
Hesablama Palatasının məlumatına görə, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2022-ci il üçün 7 milyard 630,8 milyon manat təşkil edib.
“2023-cü il üçün bu məbləğ 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,9% və ya 449,2 milyon manat çoxdur”, - deyə məlumatda bildirilir.
2024-cü il üçün vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2023-cü ilin sonuna proqnozlaşdırılan göstərici ilə müqayisədə 282 milyon manat və ya 3,5% çox olmaqla 8 milyard 362 milyon manat məbləğində qiymətləndirilir.
Proqnozlara görə, 2023-cü ildə Azərbaycana mal idxalının ümumi məbləği $15 milyard 953 milyon (2022-ci illə müqayisədə +18,1%), 2024-cü ildə $15 milyard 999 milyon (2023-cü illə müqayisədə +0,3%) təşkil edəcək. (İnterfaks-Azərbaycan)