2022-ci ilin 11 ayı ərzində pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Qırğızıstana rekord həcmdə - 2,6 milyard dollar köçürülüb.
“MTS Bank” Azərbaycana bank kartları ilə komissiyasız pul köçürmə xidmətini - İSTİFADƏYƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankının hesabatında deyilir. Bu, ölkələr arasında pul köçürülmələrin həcminə görə maksimum göstəricidir. Əvvəlki rekord analoji dövr ərzində Rusiyadan respublikaya təxminən 2,45 milyard dolların köçürüldüyü 2021-ci ildə qeydə alınmışdı.
Pulun əsas hissəsi əmək qırğızıstanlı əmək mühacirləri tərəfindən göndərilib. Müxtəlif hesablamalara görə, hazırda Rusiya ərazisində 700 mindən 1 milyona qədər Qırğızıstan vətəndaşı işləyir.
Ötən ilin 11 ayı ərzində Qırğızıstana ABŞ-dan təxminən 51 milyon dollar, Türkiyədən 11 milyon dollar, Qazaxıstandan isə 6 milyon dollar vəsait köçürülüb. (Azərtac)