2022-ci ilin yanvar-noyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 25,4% - 11 milyard 588,58 milyon manatadək artıb.
Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi - 3,2% SƏVİYYƏSİNDƏ QALIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda əhalinin bank əmanətləri 88,6 milyon manat (oktyabrda +274,3 milyon manat) artıb.
11 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 18,9% - 4 milyard 506 milyon manatadək və ya bütün əmanətlərin 38,9%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Noyabrda əhalinin xarici valyutada bank əmanətləri 64,7 milyon manat artıb (oktyabrda +39,3 milyon manat).
Yanvar-noyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 29,9% - 7 milyard 82,58 milyon manatadək (bütün əmanətlərin 61,1%-i) artıb. Noyabr ayında milli valyutada əmanətlərin həcmi 23,9 milyon manat artıb (oktyabrda +235 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 523,27 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 65,3 milyon manat təşkil edir. Yanvar-noyabr aylarında rezidentlərin əmanətlərinin həcmi 17,7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,5 dəfə artıb. Noyabr ayında rezidentlərin əmanətlərinin həcmi 54,8 milyon manat (oktyabrda +197,1 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 33,8 milyon manat (oktyabrda +77,2 milyon manat) artıb.
2022-ci il noyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 35 milyard 484,16 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 22,2% çoxdur. Noyabrda banklarda əmanət və depozitlərin həcmi 677,9 milyon manat artıb (oktyabrda artım 849,3 milyon manat təşkil edib). (İnterfaks-Azərbaycan)