2022-ci ilin sentyabr ayının sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 32,4% təşkil edib.
FED.az xəbər veriri ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin sonuna bu göstərici 44.9% təşkil edib. Beləliklə, yanvar-sentaybr aylarında əmanət və depozitlərin dollarlaşma səviyyəsi 12,5 faiz bəndi, həmçinin üçüncü rübdə 4,1 f.b. azalıb.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı sentaybrın sonuna 41,9% (2022-ci ilin sonuna 52,8%) təşkil edib.
Oktyabrın əvvəlinə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 35,1% (2022-ci ilin sonuna 39,2%) olub.
AMB qeyd edir ki, 2023-cü ilin yanvar-sentyabr aylraında ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 4,8 faiz bəndi - 30,8%-dək azalıb.
2023-cü il sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 34 milyard 230,5 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,6% azdır. Fiziki şəxslərin əmanətləri 12 milyard 705,47 milyon manat məbləğində (artım 8,2%) qiymətləndirilir. (İnterfaks-Azərbaycan)