Bu ilin 9 ayı ərzində Astara rayonuna 6 min nəfərdən çox turist gəlib.
ELƏCƏ DƏ BAX: Kürdəmirdə istixana dəbi - RUSİYAYA SATIRLAR
FED.az-ın məlumatına görə, bunu Astara İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bildirib.
Bu ilin yanvar-sentyabr 9 ayı ərzində mehmanxanalarda qeydiyyata düşən 2221 nəfər turistdən 1271 nəfəri yerli, 950 nəfəri xarici turistlər olub. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayona gələn turistlərin bir qismi adətən evlərdə kirayədə qalmağa üstünlük verdiyini nəzərə alsaq yay mövsümü ərzində demək olar ki, rayona təxminən 6 min nəfərdən çox turist gəlib.
Bu rayona 6 mindən çox turist gəlib – İCRA BAŞÇISI
21:42
1 Noy 2018