Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yoxlamadan keçməmiş və ixracatçıların reyestrinə daxil olan Rusiya müəssisələri məhsul tədarükünü 2024-cü il yanvar ayının 1-dən sonra da davam etdirə bilər.
Yanvarın 1-dən qeydiyyatdan keçməyən xarici qida obyektlərindən idxala məhdudiyyət qoyulacaq
FED.az xəbər verir ki, bu barədə “Rosselxonadzor” bildirir.
“Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın qida məhsullarının təhlükəsizliyinə rəsmi nəzarət sisteminin ekvivalentliyinin qiymətləndirilməsi prosedurunun başlaması ilə əlaqədar qəbul edilib”, - deyə məlumatda bildirilir. (İnterfaks-Azərbaycan)