Gələn il Heydər Əliyev Beynəlxalq Hava Limanında qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla Azad İqtisadi Zonanın yaradılması haqqında məsələ Nazirlər Kabinetinin 2019-cu il üçün İş Planın daxil edilib.
ELƏCƏ DƏ BAX: Şirkətlərdə ixrac artıb, fiziki şəxslərdə azalıb – RƏQƏMLƏR
FED.az-ın məlumatına görə, bununla bağlı gələn ilin fevral ayında Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək.
Bu sahədə icraçı qurumlar “Azərbaycan Hava Yolları” QSC, Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyi,Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət və Gömrük Komitəsi müəyyən edilib. Fevralın 1-dək müvafiq qurumlar məsələ ilə bağlı materialları Nazirlər Kabinetinə təqdim etməlidir.
İşin icrasına nəzarəti həyata keçirən və məsuliyyət daşıyan qurum Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsidir.
Qeyd edək ki, Azərbaycan hökumətinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona yaratmaq niyətinin olduğu ilk dəfə keçən ilin noyabrında məlum olub. "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Bakıda keçirilən "Caspian Air Cargo Summit 2017" VII Beynəlxalq konfransında Heydər Əliyev Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona yaradılacağını açıqlayıb.
Yeni Azad İqtisadi Zona yaradılır – HÖKUMƏTİN PLANI
19:29
18 Dek 2018