Yaponiyada inflyasiya son 18 ayın ən aşağı səviyyəsinə düşüb.
BMT: 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 6% təşkil edəcək
FED.az xəbər verir ki, Yaponiyada inflyasiya səviyyəsi noyabrdakı 2,8 faizdən dekabrda 2,6 faizə düşüb və 2022-ci ilin iyun ayından bəri ən aşağı səviyyədə olub.
Təzə ərzaq qiymətlərini nəzərə almayan inflyasiya səviyyəsi də iqtisadçıların proqnozlarına uyğun olaraq noyabrda 2,5 faizdən 2,3 faizə düşüb.
Təzə ərzaq və enerji qiymətlərini nəzərə almayan və Yaponiya Bankı tərəfindən izlənilən baza inflyasiya faizi noyabrdakı 3,8 faizdən bir qədər aşağı olmaqla 3,7 faiz təşkil edib. (Marja)