BMT 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,6% səviyyəsində proqnozlaşdırır.
AMB: 2024-cü ildə pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönələcək
FED.az xəbər verir ki, bu proqnoz “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2024" (World Economic Situation and Prospects 2024) adlı məruzədə öz əksini tapıb.
BMT-nin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in artımı 0,7% təşkil edib.
Təşkilat həmçinin 2025-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9% təşkil edəcək, 2025-ci ildə - 3,9%-dək azalacaq.
Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in 0,8% artıb.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində artımını proqnozlaşdırır. İqtisadiyyat Nazirliyi 2023-cü ildə orta illik inflyasiyanın 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü ilin proqnozu – 5,3%-dir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,5% artıb, inflyasiya 13,9% təşkil edib. (İnterfaks-Azərbaycan)