Yaponiya Rusiyadan idxal edilən 38 adda məhsula qadağa qoyub.
Eləcə də bax: Yaponiya Rusiyaya lüks malların ixracına - QADAĞA QOYUB
FED.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib.
Məlumata görə, idxalı yasaqlanan məhsullar arasında araq, çaxır, pivə, avtomobil, motosiklet, metal emalı avadanlığı, pompalar, ağac məmulatları da var.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər aprelin 19-da qüvvəyə minəcək.
Qeyd edək ki, Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 fiziki və 28 hüquqi şəxsə qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. (Report)